Müharibə və qarşıdurmalarda ölən hər 4 nəfərdən 3-ü  mülki vətəndaşdır

Müharibə və qarşıdurmalarda ölən hər 4 nəfərdən 3-ü mülki vətəndaşdır

Birləşmiş Millətlər Təşkilatı (BMT) yayımladığı hesabatda ötən il müharibə və döyüşlərdə partlayıcı silahlardan təqribən 43 min insanın öldüyünü və hər 4 qurbandan 3-nün mülki vətəndaş olduğunu bildirib. 
 
Maide.Az "cnnturk"ə istinadən xəbər verir ki, BMT Humanitar Yardım Koordinasiya Ofisinin,  hər il müharibələr, toqquşmalar və təbii fəlakətlərdən ziyan görən  milyonlarla mülki vətəndaşın və humanitar yardım işçilərinin xatırlandığı "19 Avqust Dünya Humanitar Yardım Günü" öncəsi verilən açıqlamada, dinc əhaliyə qarşı hücumların artdığı vurğulanır.
 
2017-ci ildə partlayıcı silahlar səbəbindən təqribən 43 min nəfərin öldüyü və bunlardan 31904-nün mülki vətəndaş olduğu açıqlandı.
 
Hər 4 qurbandan 3-nün dinc əhali olduğu müharibə və toqquşma bölgələrində, ötən il ərzində 139 humanitat yardım işçisi öldürüldü, 102 nəfər yaralandı, 72 nəfər isə qaçırıldı.
 
BMT-nin Humanitar İşlər üzrə  Məsul Baş Katib müavini Mark Lovcock, döyüş bölgələrində dinc əhalinin və onlara yardım edən humanitar yardım işçilərinin öldürülməsi və əlil olması və bunların cəzasız qalmasını pisləyib və bu kimi vicdansızlığa son verilməsinə çağırıb.
 
Mark Lovcock, dövlətlərin və qeyri dövlət silahlı qrupların, beynəlxalq hüququn da tələb etdiyi kimi mülki infrastruktur və humanitar yardım işçilərini qoruma vəzifəsi olduğunu xatırladıb.

Google+ WhatsApp ok.ru