Müntəzəm olaraq 1 saat qaçmaq ömrü 7 il uzadır

Müntəzəm olaraq 1 saat qaçmaq ömrü 7 il uzadır

Aparılan araşdırmalara görə, 1 saat ərzində hansı tempdə olursa olsun, qaçmaq insan ömrünü uzadır.
 
Deyerler.org-un verdiyi xəbərə görə, araşdırmanı həyata keçirən qrupun rəhbəri doktor Duck-Chul Lee müntəzəm olaraq, qaçışın ömrü ən azı 3 il uzatdığını söyləyib. "Həftədə ən az bir saat qaçmaq da ömrü uzadır. Tempiniz və nə qədər məsafə qaçmağınız mühüm deyil. Yavaş da qaça bilərsiniz. Mühüm olan 1 saat ərzində qaçış məşqini etməyinizdir. 1 saatlıq bir qaçış ömrü 7 saat uzadır".
 
Eyni zamanda mütəmadi olaraq qaçmağın, yüksək təzyiq və köklük səbəbindən ölüm riskini böyük miqyasda aradan qaldırır.
 
Qaçış məşqi edən qadınlarında uşaq salınması ehtimalını 40 % azaldır.
 
7.3 milyon insan infarktdan dünyasını dəyişir. Ürək damar xəstəlikləri, sağlam qidalanma və həyat tərzi dəyişikliyi ilə qarşısı alınan və ya yarandıqdan sonra tibbi müalicə, qidalanma müalicəsi və həyat tərzi dəyişiklikləri ilə yaxşılaşdırılan bir sağlamlıq problemidir.
 
İdmanı həyatınızın bir hissəsinə çevirməyimizin ilkin şərti isə sağlam bir ürəyə malik olmaqdır. Kifayət qədər tərəvəz və meyvə istehlak edilməlidir. Pəhrizdəki duz, şəkər və yağ miqdarı azaldılmalıdır. Müntəzəm fiziki fəaliyyət edilməlidir. Hər gün ən az 30 dəqiqə fiziki fəallıq, ürək sağlamlığını qorumağa kömək edir.
 

Google+ WhatsApp ok.ru