Müstəqil Fələstin üçün 1 milyon şagird imza topladı

Müstəqil Fələstin üçün 1 milyon şagird imza topladı

Sionist rejimin  Fələstin torpaqlarındakı işğalına son qoymaq və müstəqil Fələstin dövlətinin qurulması üçün 1 milyon məktəbli tərəfindən imzalanan məktub BMT Baş Katibi Antonio  Guterrese verməsi üçün Mahmud Abbasa təhvil verilib.
 
Maide.Az xəbər verir ki, Fələstin rəsmi xəbər agentliyi “WAFA”-nın məlumatına görə, M. Abbas məktubu qəbul edib və BMT-nin baş katibinə təqdim edəcəyini bildirib.  
 
M. Abbas qeyd edib ki, bu məktub xalqımızın azadlıq və müstəqilliyinə qovuşma arzusu istiqamətindəki tələbinin təzahürüdür. Eyni zamanda Fələstinli şagirdlərin vətənin azadlığı və xalqımızın parlaq bir gələcək inşa etmə cəhdi kimi qiymətləndirilməlidir. " 
 
Qeyd edək ki, Fələstin Təhsil Nazirliyi avqust ayının sonlarına doğru Fələstinin azadlığı və müstəqilliyi üçün imza kampaniyası başlamışdı.
 
 
 

Google+ WhatsApp ok.ru