Müsəlman qadın İsveç parlamentinin deputatı seçilib

Müsəlman qadın İsveç parlamentinin deputatı seçilib

Yaşıllar və Ətraf Partiyasının Göteburq şəhərindəki 21-ci dövr millət vəkili namizədi müsəlman qadın Leyla Əli Əlimi, səs çoxluğu ilə deputat seçilərək parlamentə girməyi bacarıb.
 
Maide.Az "Open.az" a istinadla  xəbər verir ki, İsveçin Göteburq şəhərindən Yaşıllar və Ətraf Mühit Partiyasından 21i-ci dövr millət vəkili namizədi göstərilən Somali əsilli qadın siyasətçi Leyla Əli Əlimi, səs çoxluöu ilə parlamentə daxil olma hüququ qazanıb.
 
Ölkədə 9 Sentyabrda keçirilən parlament və yerli seçkilərdə ən böyük sürprizi Somali əsilli Müsəlman qadın siyasətçi edib. O, 461 səs toplayb.
 
Çox xoşbəxt olduğunu deyən 30 yaşlı Müsəlman qadın siyasətçi, açıqlamasında, gözlənilməz bir nəticə ilə qarşı-qarşıya qaldığını bildirib.
 
Göteburqun kənar məhəlləsindəki şəhərətrafı qəsəbələrində doğulub böyüdüyünü söyləyən Əlimi, "Kənar məhəllələrin ən böyük problemini mən bilirəm. Xüsusilə təhsil və məktəblər olduqca pis vəziyyətdədir. İqtisadi və sosial vəziyyət də ürəkaçan deyil. Parlamentdə bu məsələlərin üzərində işlər görəcəyəm" deyib.
 

 

Google+ WhatsApp ok.ru