Müsəlmanların avropada artmasının səbəbi

Müsəlmanların avropada artmasının səbəbi

-- Qərb cəmiyyətinin xristian dəyərlərinə...

Müsəlmanların  Avropa ölkələrində artmasının səbəbi qərb cəmiyyətinin xristian dəyərlərinə qiymət verməməsinə görədir.  Bunu Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam İlarion Rusiya 24 kanalinda açıqlamasında deyib. 
 
Maide.Az  xəbər verir ki,  O əlavə edib ki, Avropa ölkələrində yaşayan müsəlman ailələrinin  doğum səviyyəsi digər dinə tapınanlarla müqayisədə daha çoxdur. 
 
O əlavə edib ki, həmkarım Vatikan kardinalı Koxun bir sözünü xatırlatmaq istəyirəm. O demişdi ki, biz güclü islamdan yox, zəif xristianlıqdan qorxmaliyiq.O, bu sözləri Avropaya aid etmişdir. 
 
Qeyd edək ki, Guardian qəzetinin məlumatına görə, 2050-ci ildə Avropa qitəsində müsəlmanların sayı 10 faizdən çox artacaq. 
 
Qəzetin araşdırmasına görə,  Avropada müsəlmanların sayı hazırda 43 milyon nəfərdir. Proqnozlaşdırılır ki, 2050-ci ildə bu say 71 milyon nəfərə çatacaq və Avropanın cəmiyyətinin 10 faizdən çoxunu müsəlmanlar təşkil edəcək. (RİA Novosti)
 

 

Google+ WhatsApp ok.ru