Müşfiqabaddan Sulutəpəyə qədər ərazinin su təchizatında məhdudiyyətlər olacaq

Müşfiqabaddan Sulutəpəyə qədər ərazinin su təchizatında məhdudiyyətlər olacaq

-- “Yeni Avtovağzal” yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi

Bu gün Müşfiqabad qəsəbəsindən Sulutəpə qəsəbəsinə qədər ərazidə Şollar-Bakı su kəmərindən qidalanan istehlakçıların su təchizatında məhdudiyyətlər olacaq.
 
Maide.Az  xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.
 
Qeyd oıunub ki, məhdudiyyətlər Bakı Metropoliteninin "Bənövşəyi" xəttinin elektrik deposunun tikintisi layihəsi çərçivəsində “Yeni Avtovağzal” yaxınlığından keçən magistral su kəmərlərinin yerinin dəyişdirilməsi ilə əlaqədardır.

Google+ WhatsApp ok.ru