MƏİŞƏT QAZI NİYƏ ÖLDÜRÜR?

MƏİŞƏT QAZI NİYƏ ÖLDÜRÜR?

«Bizim Yol» qəzeti isə «Standarta uyğun... qətliam» sərlövhəli məqalədə son vaxtlar tez-tez təkrarlanan dəm qazından ölüm hallarını araşdırır.
 
Müəllif yazır ki, qış fəsli gələn kimi ölkə mediasında hər gün dəm qazından ölüm xəbərlərinə rast gəlmək mümkündür: «Qışın gəlişi ilə yenə məişət qazı canlar almağa başlayıb. Coğrafiyası da genişdir, hər gün müxtəlif bölgələrdən belə bəd xəbərlər alırıq, qaz keçən ildən yarımçıq qalan «öldürmək missiyası»nı davam etdirir».
 
Müəllif yazır ki, «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları öz işlərinin öhdəsindən gələ bilmir. Evlərdə texniki nasazlıqlarla bağlı vətəndaşlardan pul umulduğundan, bir çox hallarda problemlər həll edilməmiş qalır.
 
Üstəlik, müəllif hesab edir ki, qış vaxtı qazın tərkibinə zərərli qatqıların vurulduğu barədə iddialar da araşdırılmalıdır: «Çox güman ki, qatqını insanları boğmaq üçün vurmurlar. Məqsəd yəqin ki, qənaətdir. Əlavə pul qazanmaq istəyidir. Lakin çoxsaylı ölümlərdən dolayı kimsə məsuliyyət daşımır, faciələr bədbəxt hadisə kimi qeydə alınır». (azadlıqradiosu) /

Google+ WhatsApp ok.ru