Məhsuldarlığın artmamasının səbəbləri nə?

Məhsuldarlığın artmamasının səbəbləri nə?

-- Azərbaycan kənd təsərrüfatında məhsuldarlıq səviyyəsi...

"Novoye Vremya" qəzetində "Yeni bazarları necə tapmalı?" sərlövhəli məqalə diqqət cəlb edir.
 
Müəllif Azərbaycanın qeyri-neft sektorunda məhsuldarlığın, şaxəliliyin artırılması, yeni bazarların tapılması məsələlərini araşdırır.
 
Yazı müəllifinin bu araşdırmasına səbəb isə Dünya Bankının nümayəndəsi
 
Culian Lampettinin bu günlərdə Bakıda keçirilən tədbirdə Azərbaycanda kənd təsərrüfatının vəziyyətilə bağlı çıxışı olub.
 
C.Lampetti bu barədə deyib: "Azərbaycan kənd təsərrüfatında məhsuldarlıq səviyyəsi Latın Amerikası ölkələrinin keçən əsrin 60-cı illərindəki səviyyəsindən bir qədər yüksəkdir. Bunu 3 dəfə artırmaq imkanı var və bu ixrac potensialı daha 1,1 milyard dollar deməkdir. Azərbaycan aqrar sektoru məhsullarının 77%-i Rusiyaya göndərilir, bu mənada yeni bazarlar tapmaq barədə düşünmək lazımdır".
 
Müəllif də hesab edir ki, ölkədə məhsuldarlıq istənilən səviyyədə deyil və bunu 3 dəfəyə kimi artırmaq imkanları da var və bu mənada Azərbaycanda 2026-cı ilə kimi sitrus bitkilərini, çəltik istehsalını 2,5 dəfə artırmaq kimi dövlət proqramı təsdiq edilib.
 
Yazı müəllifinə görə, insan amili olmadan bunu etmək mümkün deyil, fermerlərin yaxşı işləmələri üçün isə məqbul şərait yaradılmalıdır.
 
Müəllif hesab edir ki, buna mane olan səbəblər vardır: "Əvvəllər də deyildiyi kimi, bir çox bank təşkilatları kəndlərin kreditləşdirilməsini azaldıblar. Bu hal fermerlərin maliyyə vəziyyətini pisləşdirir, maliyyə vəziyyətinin pisləşməsi isə işin səmərəliliyini aşağı salır. Bu yaxınlarda Azərbaycanın pambıq sahələrində baş vermiş kütləvi zəhərlənmələr kəndlilərin səmərəli işinə çox pis təsir göstərir".
 
Yazı müəllifinə görə, maneələrdən biri də aqrar sektorun kifayət qədər şəffaf olmamasıdır və bu, kənd təsərrüfatının fəaliyyəti üçün heç də əsassız sayılmaz.
 
Müəllif deyir ki, dövlət, beynəlxalq qurumlar ölkənin kənd təsərrüfatına milyardlarla vəsaitlər qoyur, amma məhsuldarlıq aşağıdır və burada aqrar sənaye sahəsinə yönəldilən maliyyə axınına nəzarət sərtləşdirilməlidir.
 
Yeni bazar axtarışı məsələsinə gəlincə, müəllif də hesab edir ki, bir bazara "bağlanmaq" heç də yaxşı hal deyil, amma, bununla belə, Rusiya bazarını itirmək də olmaz, çünki Azrbaycanın yaxınlığında ikinci elə böyük bazar da yoxdur.
 
Müəllif hesab edir ki, hətta yaxın illərdə məhsuldarlıq üç dəfə artsa belə, Rusiya bazarı Azərbaycan aqrar sektoru üçün prioritet olaraq qalacaq. (contact.az)

Google+ WhatsApp ok.ru