Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır

-- 2017-ci ilin sonunda bu adın daha da populyarlaşacağı bildirilir

Məhəmməd adı Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.
 
Maide.Az bildirir ki, Reportun məlumatına görə, Statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.
 
2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.
 
Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq. 
 
Qeyd edək ki, ötən il İngiltərə və Uelsdə körpələrə verilən adlar siyahısında Məhəmməd adı 8-ci yeri tutub.
 
Böyük Britaniyanın Milli Statistika Xidmətinin verdiyi məlumata görə, ötən il İngiltərə və Uelsdə bu ad 3908 körpəyə verilib.
 
 

Google+ WhatsApp ok.ru