Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı adına layiq görülüb

Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşı adına layiq görülüb

"Liverpul"un və Misir milli komandasının yarımmüdafiəçi Məhəmməd Salah Rusiyanın Çeçenistan Respublikasının Fəxri vətəndaşı adına layiq görülüb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, yarımmüdafiəçini Çeçenistanın başçısı Ramzan Kadırov təltif edib.
 
O, sosial şəbəkədəki səhifəsində yazıb: "Məhəmməd Salah - Çeçenistanın Fəxri vətəndaşıdır! Bu, məhz belədir! Bu gecə böyük futbolçuya yüksək adın verilməsi barədə fərman imzaladım."
 

Google+ WhatsApp ok.ru