Məhəmməd Salaha Məkkədə torpaq hədiyyə ediləcək

Məhəmməd Salaha Məkkədə torpaq hədiyyə ediləcək

-- ilin futbolçusu seçilərsə

Böyük Britaniyanın "Liverpul" klubunda çıxış edən ulduz futbolçu Məhəmməd Salah Professional Futbolçular Assossasiyasının (PFA) ilin futbolçusu seçilərsə, Məkkə şəhərində ona torpaq hədiyyə ediləcək. 

Maide.Az "eastnews"-a istinadən xəbər verir ki, İngiltərə Peşəkar Futbol Assosiasiyası 2017-2018-ci il mövsümündə ölkə çempionatının ən yaxşı futbolçusu kimi Məhəmməd Salahı seçib. 

 25 yaşlı misirli futbolçu bu titulun bütün namizədlərini, o cümlədən cari ildə qalib olan  "Mançestr Siti" klubunun 3 namizədini Kevin de Breyn, Leroy Sane və David Salvaunu ötüb. 

 "Liverpul" forvardı İngiltərə Premyer Liqasında 33 oyunda 31 qolun və 9 nəticəli ötürmənin müəllifi olub.  

Google+ WhatsApp ok.ru