Məhəmməd İbrahim Zəkzaki: hələ də ata-anamdan xəbərsizəm

Məhəmməd İbrahim Zəkzaki: hələ də ata-anamdan xəbərsizəm

-- Hərəkat öz fəaliyyətlərini sülhsevər metodlarla davam etdirir

Nigeriya İslami Hərəkat liderinin oğlu, yazılı açıqlamasında bildirib ki, atası, anası və bacı-qardaşlarının vəziyyətindən tamamilə xəbərsizdir.

Maide.Az "Mehr" xəbər agentliyinə isitnadən məlumat verir ki, Nigeriya İslami Hərəkat lideri Şeyx İbrahim Zəkzakinin oğlu Məhəmməd İbrahim Zəkzaki dünən verdiyi açıqlamada hələ də ata, ana və bacı-qardaşlarının vəziyyətindən xəbərsiz olduğunu, Nigeriya ordusu və hökumətinin başda öz ailəsi olmaqla silahsız vətəndaşlara qarşı böyük cinayət törətdiklərini bildirib. 

 Məhəmməd İbrahim Zəkzaki, ordu və hökumət üzvlərinin insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Nigeriya İslami Hərəkatinın hələ də öz fəaliyyətlərini sülhsevər metodlarla davam etdiyini diqqətə çatdırıb. 

Xatırladaq ki, 2015-ci ilin dekabrın ortalarında Nigeriya ordusu Zaria şəhərində şiələrin toplaşdığı Bəqiyətullah hüseyniyyəsi və Nigeriya İslami Hərakatının rəhbəri, ölkə şiələrinin lideri Şeyx Zəkzakinin evinə hücum edib. Hücum zamanı təqribən 2000 nəfər öldürmüşdü. Bundan sonra Şeyx Zəkzaki xanımı ilə birlikdə həbsxanaya salınıb. 3 övladı isə şəhid edilib. Şeyx Zəkzakinin özü və xanımı göz və sinə nahiyyəsindən ölümcül yaralanmışdılar. 

 
Son günlər 2 ildən çoxdur ki, həbsdə saxlanılan Nigeriya İslam Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi bildirilib.Nigeriyanın müxtəlif bölgələrində Şeyx Zəkzakinin azadlığı tələbilə etiraz aksiyaları davam etdirilir. 
 

Google+ WhatsApp ok.ru