Məhərrəmliyə aid beynəlxalq foto və qısa metrajlı film müsabiqəsi keçiriləcək

Məhərrəm ayının başlanması münasibəti ilə İranda “Mehre Mohərrəm” beynəlxalq foto və qısa metrajlı film müsabiqəsi keçiriləcək. 
Maide.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən müsabiqəyə qatılmaq istəyən şəxslər Məhərrəm ayında əzadarlıq və Məhərrəmlik mövzusunda çəkdikləri foto və videolarla qatıla bilərlər. 
Müsabiqə İranın Mədəniyyət Dalğası Müəssisəsi, Dünya Əhli-Beyt (ə) Assambleyası, İnformasiya Texnologiyaları Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir. 
Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini dekabrın 13-dək www.MehreMoharram.ir  saytında göstərilən email adresinə göndərilməlidir. /
 

Google+ WhatsApp ok.ru