Məkkə-Mədinə arasındakı sürətli qatarın açılışı oldu 26 Sentyabr 2018 01:00 Xəbərlər Məkkə-Mədinə arasında saatda 300 km sürətlə hərəkət edən sürətli qatarın açılışı olub. Maide.Az İQNA-ya istinadən xəbər verir ki, Səudiyyə rejiminin Nəqliyyat heyətinin sədri Rəmih bin Məhəmməd Rəmih bu qatarın regiondakı ilk yüksək sürətli elektrik qatarı olduğunu bildirib. 450 km uzunluğundakı qatar yolu Məkkə, Ciddə, Məlik Əbdüləziz beynəlxalq hava limanı və Mədinə bölgəsindəki sərnişinləri daşıyacaq. Qatar saatda 300 km sürətlə hərəkət edəcək. Bu böyük layihə yerli və xarici şirkətlər tərəfindən üç mərhələdə həyata keçirilmişdir. Qatarın ildə 60 milyon sərnişin daşıma gücünə malik olduğu və müasir texnologiyalarla təchiz edildiyi bildirilib. Teqlər : #MəkkəMədinə arasındakı sürətli qatarın açılışı oldu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah İsa Qasim Londonda İmam Hüseynin (ə) xidmətçiləri mərasiminə qatıldı Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub