Məkkə və Mədinədə şəkil qadağası

Məkkə və Mədinədə şəkil qadağası

-- qərar fotoaparat, kamera, hətta televizya çəkilişinə də aiddir

Bu gün cümə günü Məkkə və Mədinədə yeni qadağaya qərar verildi.
 
 Bu gün cümə günü Səudiyyə Krallığı iki hərəmin: Məscidul-Hərəmin və Peyğəmbər (s) məscidinin daxilində şəkil çəkilməsinə qadağa qərarı verib.
 
“Əkkaz” qəzetinin yazdığına görə bu qərar “ Allah dinini əzəmətini, hacıların və ümrə zəvvarlarının ehtiramını qorumaq” məqsədi daşıyır.
 
Səud Krallığı bu iki müqəddəs hərəmin zəvvarlarından bu təlimatlara diqqət etməyi tələb edib.
 
Bu qərar fotoaparat, kamera, hətta televizya çəkilişinə də aiddir.
 
Həmçinin səlahiyyətlilər qeyd etdir ki, bu təlimatların pozulması görüntü materialının və zəruri hallarda görüntü aparatının müsadirəsi ilə nəticələnəcəkdir.(İslaminSesi)
 

Google+ WhatsApp ok.ru