Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək 19 Sentyabr 2018 01:00 Dünya Məkkədən Mədinəyə iki yollu elektrikləşdirilmiş yüksək sürətli dəmiryolunun tikintisi başa çatıb. Bu yolda qatarların maksimum sürəti 360 km/saat olacaq. Oxu.Az xəbər verir ki, bununla bağlı “Jenmin jibao” layihənin tikintisini həyata keçirən Çinin CRCC şrikətinə istinadla məlumat yayıb. Bu, Çin şirkəti tərəfindən hazırlanmış və səhradan keçən ilk dəmiryolu xəttidir. Xəttin uzunluğu 450,25 kilometdir və qatar bu yolla hərəkət edərkən, Ərəbistan səhrasını, Ciddəni və Rabiq şəhərini keçir. Bu layihənin işə düşməsindən sonra Məkkədən Mədinəyə iki saata getmək mümkün olacaq. Əvvəllər isə bu şəhərlər arasındakı məsafəni qət etmək üçün insanlar dörd saat vaxt sərf edirdilər. Teqlər : #Məkkə və Mədinəni sürət qatarı birləşdirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT: Dünyada hər 5 saniyədə 1 uşaq ölür Bəhreyn rejimi daha bir Əhli-Beyt (ə) alimini həbs etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO