Məktəblilər üçün yeni İnformatika sözlüyü çapdan çıxıb

Məktəblilər üçün yeni İnformatika sözlüyü çapdan çıxıb

Bu günlərdə Bakıda "Məktəblilər üçün müasir İnformatika sözlüyü" adlı kitab işıq üzü görüb.
 
Kitabda müəllif, İT, İKT və sosial media sahələri üzrə mütəxəssis Rafiq Məmmədli ən vacib hesab etdiyi və ən yeni 3 minədək terminin açılışını verib. Optimallıq üçün sözlüyə mənası aşkar duyulan terminlər daxil edilməyib.
 
Lüğətin sonunda coğrafi domenlərin və ən çox işlənən smileylərin də açılışı əlavə olunub.
 
Sözlük orta məktəb şagirdləri, tələbə və müəllimlərlə yanaşı kompüterdə çalışan istənilən istifadəçi üçün faydalıdır.
 
Sözlüyün http://enaz.online [daha geniş] elektron versiyası və Android sistemində proqram əlavəsi də var. / contact.az / 

Google+ WhatsApp ok.ru