Məktəblərdə qış tətili başlayır

Məktəblərdə qış tətili başlayır

-- Qış tətili 27-31 yanvar tarixlərində ..

Məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində, yəni beş gün olacaq.
 
"İslaminSesi.info"  xəbər verir Təhsil  Nazirliyindən  bildiriblər ki, fevralın 1-də artıq şagirdlər dərsdə iştirak etməlidirlər.
 
“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:
 
– 5 gün payız tətili (16-20 noyabr);
– 5 gün qış tətili (27-31 yanvar).
 
– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.
 
Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən, 26 mart qeyri-iş günü olacaq. 
Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq, həftənin yeddi günü istirahət edə biləcəklər.
 

Google+ WhatsApp ok.ru