Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? - Təhsil Nazirliyi 07 Yanvar 2017 02:00 Elm, Təhsil Təhsil Nazirliyi ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Maide.Az bildirir ki, nazirlikldən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil. Nazirlikdən daha sonra əlavə edilib ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur. Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb. Teqlər : #Məktəblərdə sinif rəhbəri vəzifəsi ləğv ediləcək? Təhsil Nazirliyi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın İT şirkətləri milli axtarış sistemi yaradacaq `Təfəkkür` Universiteti qapadıldı