Məktəblərdə telefondan istifadə qadağası...

Məktəblərdə telefondan istifadə qadağası...

Fransa parlamenti ölkədə 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Bəs görəsən bu qadağa ölkəmizdə də tətbiq edilə bilərmi?
 
Maide.Az "Xezerxeber"ə istinadən bildirir ki, təhsil üsrə ekspert Kamran Əsədov deyib ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər.
 
Onun sözlərinə görə, hazırda məktəblərdə elektron vasitələrdən geniş şəkildə istifadə edilmir ki, şagirdlər də telefonlardan dərs prosesi üçün istifadə etsin. Bunun əvəzinə şagirdlər sosial şəbəkələrdən geniş şəkildə istifadə edirlər ki, nəticədə də tez-tez məktəblərlə bağlı xoşagəlməz görüntülər yayılır.
 
Kamran Əsədovun bildirdiyinə görə, bəzi valideynlər uşaqlarla əlaqə saxlamaq üçün ona telefon verdiklərini desə də bunun heç bir əsası yoxdur. Çünki uşaqlar əsasən bahalı telefonlar işlədir və hətta qadağa olsa belə, şagird məktəbə çatanda və məktəbdən çıxanda valideyni ilə ələqə saxlaya biləcək.
 
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumata görə, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir. Qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tətqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.
 
Məlumat üçün qeyd edək ki, Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib.
 

Google+ WhatsApp ok.ru