Mənsur Hadi tərəfdarlarının hərbi komandirlərindən Əhməd Sef əl-Yafii öldürülüb

Mənsur Hadi tərəfdarlarının hərbi komandirlərindən Əhməd Sef əl-Yafii öldürülüb

Yəmən ordusu və Ənsarullah qüvvələri Taiz bölgəsində Hanani rayonunda Səudiyyə Ərəbistan muzdlularının toplandığı bölgəyə raket zərbəsi endirib. 
 
Maide.Az xəbər verir ki, hücum zamanı Səudiyyə Ərəbistan muzdlularından, Yəmənin sabiq prezidenti Mənsur Hadi tərəfdarlarının hərbi komandirlərindən general-mayor Əhməd Sef əl-Yafii öldürülüb. 
 
Əl-Yafii Yəmən ordusunun Taiz bölgəsinin Hanani bölgəsinə atdığı raket zərbəsi nəticəsində yaralanıb və aldığı yaralardan həlak olub.
 
Al-Masirah-ın məlumatına görə, Yəmən xalq könüllülərinin raket hücumu zamanı Səudiyyə Ərəbistan muzdluları və onların komandirləri ölüb.

Google+ WhatsApp ok.ru