Məqsədli statistika və işsizlik

Məqsədli statistika və işsizlik

-- Məşğulluq sahəsindəki real mənzərə ...

"Novoye Vremya" qəzetində isə "Məqsədli statistika" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkədə işsilziyin səviyyəsi və bununla bağlı statistikanı müzakirə edir.
 
Keçən il ilə müqayisədə bu il ölkədə işsizliyin səviyyəsinin endiyini deyən müəllif, bununla belə işsizliyin hələ də problem olaraq qaldığını vurğulayır: "Məşğulluq sahəsindəki real mənzərə aydndır, bizdə yalnız statistik göstəricilərdə işsizlik problemi həllini tapıb. Gerçəklik isə o qədər də sevindirici deyil. Bir də ki, Azərbaycanda statistikanın məqsədli olması artıq heç kəsə sirr deyil".
 
Daha sonra Nazirlər Kabinetinin hesabatına istinadən bu sahədə statistik göstəriciləri xatırladan müəllif deyir ki, Məşğulluq Xidməti 2017-ci ildə 118.5 min nəfər işsiz qeydə alıb, bunlardan 47,9 min nəfər uyğun işlə təmin edilib, 2016-cı il ilə müqayisədə 2017-ci ildə qeydə alınan işsizlərin soyahısı əhəmiyyətli dərəcədə azalıb.
 
Amma müəllif bu statistik göstəricilərin gerçəyi ifadə etməsinə inamla yanaşımr: "Ola bilər ki, rəsmi qeydə alınan işsizlərin sayı azalsın, amma bu nəyin hesabına baş verir? Bu zaman gizli, daha doğrusu, qeydə alınmayan işsizliyi yaddan çıxarmaq olmaz və işsizlərin sayı qeydə alınarkən bu fakt da nəzərə alınmalıdır. Nazirlər Kabineti isə bunu görmək istəmir. İşsizlərin real sayının aşkarlanması məşğulluq problemini daha da ağırlaşdırır".
 
Müəllif 47 min nəfərin işlə təmin olunması məəsləsində bu iş yerlərinin nə qədərinin daimi olması məsələsini də diqqət mərkəzinə çəkərək deyir ki, çox zaman işsizlər onlara ixtisaslarına uyğun olmayan, müvəqqəti xarakterli iş yerləri təqdim edilməsindən şikayətlənirlər.
 
Yazı müəllifi hesab edir ki, rəsmi qeydə alınan işsizlərin sayının azalması həm də Məşğulluq Xidmətinə vətəndaşların etimadının itirilməsinin göstəricisidir, ona görə də işsizlərin çoxu bu xidmətdən yan keçərək özləri iş tapmaq axtarışına çıxırlar.
 
Əmək yaramarkalarına gəlincə müəllif deyir ki, bir qayda olaraq bu yarmarkalarda üstünlük iş təcrübəsi, ali məktəb diplomu olan şəxslərə verilir, ona görə də bu baxımdan bu yarmarkaları tələbə və yeni məzun olanlar üçün faydasız adlandırır.
 
Bunun nəticəsi olaraq müəllif ölkədən qürbətə iş arxasınca gedənlərin çoxaldığını, amma bununla bağlı statistik göstəricilərin verilmədiyini bildirir.
 
Müəllif deyir ki, işsizliklə bağlı müavinət 291 manatdır, amma onu ala bilmək üçün də "bürokratik sədləri" keçmək lazım gəlir.
 
Müəllif bank, tikinti sahəsində minlərlə əməkdaşın işdən çıxarıldığını, bu prosesin özəl sektorda da özünü göstərdiyini bildirir.
 
Yazı müəllifi hesab edir ki, daimi iş yerlərinin açılmasına fokslanmaq lazımdır, burada arzu ediləni gerçəklik kimi təqdim edən məqsədli rəsmi statistikaya yönlənməyə dəyməz.(contact.az)
 

Google+ WhatsApp ok.ru