Mərakeş dərsliklərində Quran ayəsi təhrif olundu

Mərakeş dərsliklərində Quran ayəsi təhrif olundu

 
Mərakeşdə ibtidai sinif şagirdləri üçün hazırlanan İslam tərbiyəsi dərsliyinin çapında Quran ayəsi təhrif olunub. 
 
Maide.Az xəbər verir ki, "Əl-Qudsul Ərəbi" saytının məlumatına görə, Mərakeş Təhsil Nazirliyi, ibtidai sinif dərsliyi olan "İslam tərbiyəsi" kitabında olan səhvləri nəşriyyatın diqqətsizliyi olduğunu və kitabların kitabxanalalardan yığılacağını bildirib. 
 
İbtidai sinif dərsliyində Quran ayəsinin təhrif olunması barədə xəbər internet saytlarında yayımlanıb. Xəbərin yayılmasından sonra Mərakeş Təhsil Nazirliyi yaydığı açıqlama bildirib ki, bu kitablar nazirliklə razılaşdırılmadan çap olunub. 
 
Nazirliyin yaydığı bəyanatda bildirilir: Biz ibtidai siniflər üçün "İslam tərbiyəsi" adı altında kitab nəzərdə tutmamışıq. Bu hadisənin bütün məsuliyyəti nəşriyyatın üzərindədir.
 
Qeyd edək ki, Mərakeşdə bəzi nəşriyyatlar ibtidai siniflər üçün "İslam tərbiyəsi" adı altında kitablar çap ediblər. Həmin kitablarda bəzi Quran ayələri təhrif olunub. /

Google+ WhatsApp ok.ru