Məsuliyyətsiz valideynlər cəzalandırılacaq - VİDEO

Məsuliyyətsiz valideynlər cəzalandırılacaq - VİDEO

Baş prokurorluqdan valideynlərə tövsiyyə var. Azyaşlı uşaqlara qarşı məsuliyyətli olmaq lazımdır. Prokurorluqdan belə bir açıqlamanın verilməsinə səbəb isə son günlər azyaşlı uşaqların nəzarətsiz qalması səbəbindən evyan və ya pəncərələrdən yıxılaraq həlak olması hallarının artmasıdır. Qanunvericiliyə əsasən buna səbəb olan valideynlər cinayət məsuliyyətinədə cəlb edilə və azadlıqdan məhrum edilə bilər.
 
Bir neçə gün öncə Binəqədi rayonunda valideyinin diqqətsizli nəticəsində 3-cu mərtəbədən yıxılan 1 yaşlı uşaq ötən gün dünyasını dəyişib.
 
2016 cı il təvəllüdlü Rüqqayə Əmənovanın ölümündən sonra onun valideynləri ilə bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertiza təyin edilib.Baş prokurorluq son zamanlar artan uşaq ölümü hallarının qarşısını almaq və ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmalarını tövsiyə edib.
 
Hüquqşünaslar valideyn məsuliyyətsizliyinin hətta valideynin 3 ilə qədər həbsinədə səbəb ola biləcəyini deyir.
 
Qaununvericiliyə əsasən övladını himayə etməyən və həyatına etinadsız yanaşan valideynlər bu hüquqdan məhrum edilə bilər.
 
Unutmaq lazım deyik ki, uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq məsliyyəti isə ən çox elə onların valideynlərinin üzərinə düşür. Uşaqa nəzarət zamanı edilən kiçik bir diqqətsizlik böyük ailə faciyələrinə səbəb ola bilər. (xezerxeber) /

Google+ WhatsApp ok.ru