Məsut Özil beşinci dəfə ilin ən yaxşı futbolçusu seçilib

Məsut Özil beşinci dəfə ilin ən yaxşı futbolçusu seçilib

28 yaşlı xavbek səsvermədə Toni Kroos və Yonas Hektoru qabaqlayıb
 
İngiltərənin "Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil Almaniyada 2016-cı ilin ən yaxşı oyunçusu mükafatına layiq görülüb.
 
Bu barədə Almaniya Futbol İttifaqının məlumatında bildirilir.
 
Özil 54,5% səs toplayaraq milli komanda yoldaşı və "Real"ın xavbeki Toni Kroosu (33,9%) sanballı səs çoxluğu ilə geridə qoyub. Səsvermədə üçüncü yeri "Köln"in müdafiəçisi Yonas Hektor (4%) tutub.
 
Bu, Özilin altı il ərzində 5-ci mükafatı olub. O, yalnız 2014-cü ildə Toni Kroosa məğlub olub. (report) /

Google+ WhatsApp ok.ru