Məzarı yağılarda əsir qalan şəhid: Ərəstun Süleymanov

Məzarı yağılarda əsir qalan şəhid: Ərəstun Süleymanov

-- 25 ildən artıq zaman ötsə də...

“Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli”. Böyük ədib Hüseyn Cavidin bu misraları bütün şəhidlərimizə, o cümlədən bu gün söz açacağımız şəhid Ərəstun Süleymanova da aiddir.
 
Ərəstun 1973-cü il yanvar ayının 29-da Cəbrayılın Arazmaşanlı kəndində anadan olub. Erməni qəsbkarları ilə ölüm-dirim savaşına könüllü qatılıb. Qısa, amma şərafətli döyüş yolu keçib. 1992-ci il iyunun 28-də Surkənd uğrunda döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
 
Bu tarixdən 25 ildən artıq zaman ötsə də, əzizlərinin, ailə üzvlərinin qəlbindəki bu itkidən doğan yara hələ də qan ağlayır. Təqdim etdiyimiz qısa filmdə (və ya süjetdə) onların Ərəstunlu günlərinin xatirələri təqdim olunub.
 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin…(mubarizim.az)
 

Google+ WhatsApp ok.ru