(Siz müsəlmanlar) onların (yəhudilərin) sizə (sizin dininizə) iman gətirmələrinə göz dikirsiniz, halbuki, onların bir dəstəsi (onların alimlərinin bəziləri, tarix boyu) Allahın kəlamını eşidir, lakin barəsində düşünüb başa düşdükdən sonra (öz dünyəvi məqsədlərinə görə) onu bilərəkdən (işlərinin çirkinliyini bilə-bilə) təhrif edirdilər. (Bəqərə, 75)

İmam Həsən (ə) buyurur:
“Ağılın kamilliyi xalqla xoş münasibətdə olmaqdır.”



NƏFSİN MÜHASİBƏSİ VƏ ONUN FAYDALARI-2

-- Elə bir bəndə yoxdur ki, onun qəlbində...

Tarix : 12-12-2017 15:35

Şübhəsiz, insan günahlarına diqqət yetirməyəndə, o günahlar onun ruhuna hopur və daim ona mənfi təsir göstərir. Hər görülən günah onun qəlbində qara bir xal əmələ gətirir, günahlar artdıqca, qaranlıq da onun ürəyini bürüməyə başlayır, iş o yerə çatır ki, ürəyində nurdan əsər-əlamət qalmır. İmam Baqir (ə) buyurulur:

مَا مِنْ عَبْدٍ إِلَّا وَ فِي قَلْبِهِ نُكْتَةٌ بَيْضَاءُ فَإِذَا أَذْنَبَ ذَنْباً خَرَجَ فِي النُّكْتَةِ نُكْتَةٌ سَوْدَاءُ فَإِنْ تَابَ ذَهَبَ ذَلِكَ السَّوَادُ وَ إِنْ تَمَادَى فِي الذُّنُوبِ زَادَ ذَلِكَ السَّوَادُ حَتَّى يُغَطِّيَ الْبَيَاضَ فَإِذَا غَطَّى الْبَيَاضَ لَمْ يَرْجِعْ صَاحِبُهُ إِلَى خَيْرٍ أَبَداً وَ هُوَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ- كَلَّا بَلْ رانَ عَلى‏ قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ‏ «همان، ص273»

“Elə bir bəndə yoxdur ki, onun qəlbində ağ bir nöqtə olmasın. Günah etdikdə, onun qəlbində qara xal yaranır, əgər tövbə etsə, xal məhv olub gedir, yox, əgər həmin şəxs günahlarına davam etsə (günahın üstünə başqa günah da gəlsə), o xal artıb çoxalmağa başlayır və bu minvalla, onun qəlbindəki ağ nöqtəni qara örtük bürüyür ki, bundan sonra həmin şəxs heç vaxt xeyrə (doğru yola) qayıtmaz. Necə ki, Allah-Taala (“Mutəffifin/14) buyurur: Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır. (“Üsuli-kafi” (tərc.), c.3, səh.373.)

Nəfsin mühasibəsinin faydalarından biri budur ki, insan öz səhvlərini görəndə, tez onları düzəltməyə çalışır, günahın təsirinin ruhunda yer tutmasına imkan vermir. İnsan özü ilə hesabat aparmasa, nə qədər günah etdiyini də bilməyəcəkdir. Əgər bizdən soruşsalar ki, səhərdən axşama qədər neçə yaxşı, neçə pis, nalayiq iş görmüsünüz, harada çaşmış, harada düz olmusunuz – bilməyəcəyik. Amma onda ki, nəfsimizlə hesabat aparırıq, görürük ki, əməllərimizin neçəsi düz, neçəsi əyridir.

Bəli, insan mühasibə etməyəndə günahın həqiqi və təkvini təsiri öz qüvvəsində qalır, nəticədə insanın ürəyini qaraldır. Qafil adamın isə bundan xəbəri olmur. Sanki bir adam ağ paltar geyinir və arası kəsilmədən bu paltarın üstünə ləkələr düşür. Amma o, gözlərini yumub paltarının çirkləndiyinə baxmaq belə istəmir. Aydındır ki, ləkələr üst-üstə yığılıb paltarı iyrənc vəziyyətə salacaq və ona hər baxanın ürəyini bulandıracaqdır. Amma o adamın özünün bu vəziyyətdən xəbəri yoxdur, çünki gözlərini bərk-bərk yummuşdur!

Nəfsin mühasibəsindən uzaqlaşmağın ən böyük eybi və ziyanı budur ki, günahın təsiri ruhda qalır və günbəgün artıb ürəyi zülmətə bürüyür və insanı Allahdan bir az da uzaqlaşdırır.

Demək, qeyd etdiyimiz kimi, nəfsin mühasibəsinin faydalarından biri budur ki, insan öz səhvlərini görür və onları yoluna qoymağa çalışır. Peyğəmbər (s) bu həqiqəti biri digərinə lazım olan iki təbirlə bəyan edir. Əvvəl buyurur: “Səndən hesabat istəməmiş nəfsini mühasibə et” və sonra buyurur: “Bu mühasibə sənin sabah qiyamətdəki hesabını asan edər.” Çünki özün öz əməllərini yoxlasan, üzə çıxan səhvlərini, günahlarını düzəltməyə səy edər və nəticədə, qiyamət günü hesab-kitabın asan olar. Amma əgər belə etməsən, günahlar bir-birinin üstünə qalanıb qalar, qiyamət günü sənə çətinlik yaradar. Günahların səndə yaratdığı həsrət sənə cəhənnəm əzabından daha artıq əziyyət verəcəkdir.

Peyğəmbər (s) buyurur: “Qiyamət günü səni Allah dərgahında sorğu-suala çəkmək üçün əməllərini tərəzidə çəkməmiş indidən özün öz əməllərini tərəziyə vur. Hazır ol (və bil) ki, heç bir şey Allahdan gizli deyil.” (“Cihad-ba nəfs”, Şeyx Hürr Amili, hədis 863.)

Qiyamət günü əməllərin ölçülməsi barədə Allah buyurur:

وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ

“O gün (qiyamət günü) əməllərin (tərəzidə) çəkilməsi haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!” (“Əraf” surəsi, ayə 8.)

Əməllərin ölçülməsi bizim etiqad etdiyimiz inanclardandır. Əməllərin ölçülməsi onların müqayisə olunması və azlığının-çoxluğunun müəyyən edilməsidir. İndi, əgər biz özümüz öz əməllərimizi tərəzidə çəkməyə başlasaq və görsək ki, günahlarımız ağırlaşmışdır, yükümüzü azaltmağa çalışacağıq. Amma əgər öz əməllərimizin ölçülməsinə fikir verməsəydik, günahlarımızı çəkməsəydik və onların ruhumuza qoyduğu təsirdən xəbərimiz olmasaydı, bir gün ilahi tərəzi qarşısında durmalı olanda, rüsvay olub həsrət çəkəcəkdik.

Deməli, öz əməllərinin mühasibəsinə, ölçülməsinə diqqət yetirən adamın sabah Allahın qarşısında, onun gizli və aşkar əməllərinin ölçüləcəyi gündə yükü az olacaq. Çünki o, öz günahlarını, əxlaqi əyər-əskiklərini düzəltmişdir.

Qiyamət gününün həsrətinə mübtəla olmaq istəmiriksə, indidən düşünək, əməllərimizi gözümüzün önündə canlandırmağa çalışaq. Təsəvvür edək ki, ömrümüz başa çatıb – çünki heç kim sabaha sağ qalacağına əmin deyil – və Allah qarşısında əməllərimizi yoxlayırlar. İndi, baxıb görək, Allahın qarşısına nə çıxaracağıq və Onun bərabərində nə hala düşəcəyik. Bir halda ki, məsum rəhbərlərimiz (ə) öz münacatlarında əməllərin Allah dərgahına verildiyi günün qorxusundan Allaha pənah aparırlar? Biz də öldürücü əzabların ən dəhşətlisi olan o günün həsrətinə mübtəla olmamaq üçün hər gün əməllərimizi hesaba vurmalıyıq ki, əgər pis bir əməlimiz olmuşsa, tez düzəldək ki, əməl dəftərimizdən silinsin! (“Tuşeye-axirət” – Axirət azuqəsi, 2-ci cild, Ayətullah Misbah Yəzdi, səh.51-54.)

(Maide.az)

 

Yazının birinci hissəsini buradan oxuya bilərsiniz. 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:10
06:30
12:32
18:48
23:52
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

25-09-2018 15:38