NƏFSİN SAFLAŞDIRILMASI

NƏFSİN SAFLAŞDIRILMASI

Nəfsin paklaşdırılması bir tərəfə çəkilib guşənişin həyat tərzi keçirtmək, dünyəvi işləri tərk etmək ictimai məsuliyyətlərdən boyun qaçırmaq demək deyildir. Əksinə, kitabın müxtəlif yerlərində bəyan olunacağı kimi, fərdi ictimai məsuliyyətlərdən imtina edib guşənişinlik fərdi həyat tərzini seçmək nəfsin saflaşdırılması təkmilləşdirilməsi ilə zidd bir işdir. İslam dini müsəlmanlardan cəmiyyət arasında yaşayıb, fərdi ictimai vəzifələrlə məşğul olmaqla, eyni zamanda özlərindən qafil olmamalarını, xüsusilə, nəfslərini ruhlarını aludəliklərdən, rəzil sifətlərdən təmizləməyə tam diqqət yetirmələrini istəmişdir.

Google+ WhatsApp