Nəcməddin Sadıqova qarşı ağır ittiham!

“Bu insanlar öz şəxsi maraqlarına görə tək Dərbənd əhalisinə üçün yox, bütün millətə maddi və mənəvi ziyan vururlar”

Maide.az-ın redaksiyasına "Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının baş redaktoru Eldar İsmayılov tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, bəzi məmurlar tarixi Dərbənd şəhərində abidələri dağıtmaqla məşğuldur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: "Azərbaycan və Dağıstanın vətənpərvərləri çox yaxşı bilirlər ki, Dərbənd şəhəri Türk dünyasının incisidir. Onun 5000 illik zəngin və ziddiyyətli tarixin kökləri hələ qədim əsrlərdə tanınmışdır.
 
Dərbənd şəhəri möhtəşəm qala hasarı və onun ilə yanaşı yerləşdirilmiş görkəmli şəxsiyyətlərin abidələrlə məşhurdur. “Carçı Qapısı", “Qırxlar qapısı", “Qırxlar qəbiristanlığı” kimi tikililərdən qədim nəfəsi sovurur. Dərbəndə gedib, şəhərin demək olar ki, hər yerindən görünən “Narın Qalası”na baş çəkməmək də mümkün deyil.
 
Mən "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının təsisçisi olaraq, yuxarıda adı çəkilən bu gözəl Dərbənd şəhərində baş verən mürəkkəb vəziyyətlə sizi tanış etmək istəyirəm. Söz, Dərbənd şəhərində Olimpiya Mərkəzinin inşa olunması barədə gedəcəkdir. Bu layihə Azərbaycan tərəfindən maliyyələşdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bu layihəni həyata keçirtmək üçün müəyyən dövlət qurumlarına tapşırıq verərək, tərəfindən vəsait ayrılmış və Olimpiya Mərkəzinin ilk bünövrəsi də qoyulmuşdur. Lakin hal-hazırda tikintini müəyyən səbəblər üzündən müvəqqəti olaraq dayandırmışlar. Buna səbəb nədir? Ümumiyyətlə, bütövlükdə götürsək, bəzi məmurların "Şəxsi maraq" iddiasını əsas səbəblərdən biri kimi qiymətləndirmək olar. Yerli məmurlar milli maraqlarına riayət etməkdən danışırlar, lakin bu ancaq sözlərdir. Dərbənd şəhərinin rəhbərləri öz şəxsi maraqlarını hər şeydən üstün tuturlar. Elə ki, yüksək səviyyədə təminatlar əldə edilir, milli maraqlar dərhal unudulur. Cəmiyyətdə isə bu sosial-iqtisadi probleminin həllində hansısa siyasi güc ortada yoxdur.
 
Belə ki, «Azərbaycan Dünyası» Dərbənd şəhərinin ictimaiyyət və ağsaqqallarla uzun müddət dost əlaqələri saxlayır və ona görə də jurnalın Ağsaqqallar Şurası bu məsələyə diqqəti ayırmaq istədi. Biz Dərbənd şəhərinə yola düşdük. 
 
Dərbənd səhərinin Ağsaqqallar Şurasının üzvlərindən olan Hüseynbala Hüseynov, Həmid Sultanov və bir çoxları da bu məsələ ilə bağlı narahat olduqlarını bildirdilər. Hüseynbala müəllimdən aldığımız məlumata görə, Olimpiya Mərkəzi, Nizami adına parkda inşa ediləcəyi qərarlaşdırılıb. Bu qərar, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi və Dərbənd meri İmam Yarəliyev tərəfindən təsdiq edilmişdir. Bu insanlar öz şəxsi maraqlarına görə tək Dərbənd əhalisinə üçün yox, bütün millətə maddi və mənəvi ziyan vururlar. Bizim gördüklərimiz də deyilənləri tam doğruluğu ilə təsdiq edir. Bu möhtəşəm Nizami park uçulub, tar-mar edilmişdir. Əhalinin istirahət zonası, körpələrin əyləncə mərkəzi sayılan bu park, əslində futbol meydançası qədər belə deyil. Bu park, dahi Nizaminin adını ucaltmaq üçün salınmışdır.
Əhali bu çox gözəl parkın dağıdılmasının əleyhinə çıxmışlar, lakin Dərbənd şəhərinin xudbin və tamahkar məmurları xalqın səsini eşitmədilər.
Xalqın milliliyinə laqeydlik göstərməklə tarixini məhv etmək olmaz !
 
Bütün bunları nəzərə alaraq, "Azərbaycan Dünyası" Beynəlxalq jurnalının Ağsaqqallar Şurası tərəfindən qərara alındı ki, yazılan bu material Dağıstan Respublikası Dərbənd şəhərinin merinə göndərilsin və onun ətrafında olanlara da çatdırılsın: Azərbaycan xalqı heç vaxt imkan verməyəcək ki, Nizami kimi dahi bir şəxsiyyətin ruhu tapdalansın. Qoy bunu insanlıqdan, mənəviyyatdan xəbəri olmayan, varlanmaq iddiasına düşən bir qrup məmurlar da bilsinlər."

Google+ WhatsApp ok.ru