Nəcəfdə III beynəxlalq Qədir fesitivalı keçirilir

Dünyanın 33 ölkəsindən nümayəndələrin iştirakı ilə İraqın Nəcəf şəhərində Həzrət İmam Əli (əs)-ın müqəddəs ziyarətgahında III beynəlxalq  Qədir festivalı ötən axşamdan öz işinə başlayıb. 
Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, festivalda islam dünyasının dini alimləri (şiə və sünni), Vatikan nümayəndələri və bir sıra dini icma nümayəndələrinin iştirak edir.  3 günlük festivalda müxtəlif mövzularda o cümlədən  insanları firqəçilik və tayfaçılıq üzrə ixtilaflardan qurtarmaq üzrə müzakirələr aparılacaq. 
İraq şiələri vəqf işləri üzrə sədri Seyid Saleh Əl-Heydəri isə çıxışında, Ayətullah Sistani həzrətlərinin terrorizmlə qarşılaşmaqda kifai cihad hökmü verməsinə görə təşəkkür edərək, bu hərəkəti yetərli və İraqın terrorçular tərəfindən zəbt edilməsinin qarşısını alan  hərəkət adlandırıb.
Vatikan namayəndəsi İmiliyano isə Beynəlxalq Qədir fesvtivalında Həzrət Əli (əs)-ın Malik Əştərə ünvanladığı məktub barədə deyib, dünyanı cəhalət və kobudluqdan qurtarmanın əsas yolu dinlərarası və məzhəblərarası dostluq və məhəbbətdir. Bu məsələ bütün məzhəblər və dinlərdən asılı olan dini alimlər və mərcələrin mədəni və fikri fəaliyyətlərindən asılıdır.
III Beynlxalq Qədir festivalı çərçivəsində bir neçə sərgi və şer  tədbirləri də keçirilir.  /
 

Google+ WhatsApp ok.ru