Nəbatat bağının mühafizəçisi ziyarətçini döydü

Nəbatat bağında xuliqanlıq hadisəsi baş verib.
 
9-cu Polis Bölməsinə müraciət edən 1993-cü il təvəllüdlü Əliyev Şahid David oğlu bildirib ki, Badamdar şosesi 40 ünvanında yerləşən bağda tanımadığı şəxs onu döyüb. Şikayətçi qeyd edib ki, olay dekabrın 6-da saat 14:30 radələrində baş verib. 
 
İlkin araşdırmalardan sonra Ş.Əliyevi döyən şəxsin Nəbatat bağının mühafizəçisi, 1986-cı il təvəllüdlü Babayev Elxan Rövşən oğlu olması müəyyən edilib. 
 
Araşdırmalar davam etdirilir.

Google+ WhatsApp ok.ru