Nəcəf-Kərbəla elektrik qatarının istifadəyə verilməsi təklif olunur

Hazırda İraqda səfərdə olan İran Parlamentinin spikeri Əli Laricani Kərbəla şəhər başçısı ilə görüşündə Nəcəf-Kərbəla elektrik sərnişin qatarının istifadəyə verilməsini təklif edib.
Maide.az-ın İran KİV-lərinə istinadən məluamtına görə, Ə.Laricani deyib ki, müqəddəs ziyarətgahları ziyarətə gələn zəvvarların gediş-gəlişini asanlaşdırmaq və rifahlarını təmin etmək üçün imkanlı şiələr İmam Əli (ə) hərəmindən İmam Hüseyn (ə) hərəmi arasında  infrastrukturun  yaxşılaşdırılmasında sərmayə yatırmaq üçün dəvət olunmalıdır. “ İraq hökumətinə təklif etmişik ki, Nəcəf-Kərbəla arasında elektrik qatarı istifadəyə verilsin”. İmkanlı şiələrin sərmayəsi ilə bu dəmir yolunu tikmək mümkin ola bilər./

 

Google+ WhatsApp ok.ru