Nəsrullah: `Ərəbistan pulu özünün Yəmən daxilindəki muzdurlarına verdi; bu, təsirsiz oldu və özü birbaşa meydana girdi`

Maide.az-ın məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünən gecə Suriyanın "Ələxbariyyə" telekanalı ilə eksklüziv müsahibədə bildirib ki, Yaxın Şərqdəki çəkişmələr dini deyil, siyasidir.
 
O qeyd edib ki, hətta İsrail rejimi ilə çəkişmə də dini deyil və sionistlərlə müharibə Fələstin ərazilərinin onlar tərəfindən qəsb olunmasına görədir. 
 
Nəsrullah Suriyada saxta böhranın formalaşmasının səbəbi barədə belə deyib: "Suriya hədəfə alınıb, çünki qərar çıxarmaqda müstəqil bir ölkədir və regionda müqaviməti dəstəkləyən mühüm ölkə sayılır." 
 
Livan Hizbullahının baş katibi sonra Yəmən məsələsinə və Ərəbistanın bu ölkəyə basqında güddüyü məqsədlərə toxunub: "Səudiyyənin Yəmənə təcavüzünün bir çox səbəbi var. Ən mühüm səbəb budur ki, onlar bir daha Yəmənə hökmranlıqlarını əldə etmək istəyirlər."
 
Livan Hizbullahının baş katibi sonra deyib ki, digər səbəb Amerika məsələsi ilə bağlıdır. Əgər Yəmən səudiyyəlilərin hökmranlıqları altından çıxarsa, deməli, Amerikanın hökmranlığı altından çıxmış olacaq. 
 
Livan Hizbullahının baş katibi əlavə edib: "Ərəbisan Suriya, Livan və İraqda və getdiyi hər bir yerdə məğlub olub. Yəməndə də elə belə olacaqdır. Ərəbistan pulu özünün Yəmən daxilindəki muzdurlarına verdi; bu, təsirsiz oldu və özü birbaşa meydana girdi."

Google+ WhatsApp ok.ru