İnəyə görə bir müsəlmanı öldürən 60 nəfərdən 8 -i həbs olunub -Hindistanda

Hindistanda 52 yaşlı bir  müsəlmanı inəyi qurban kəsib yediyi üçün ölüncəyə qədər döydülər.
Maide.az xəbər verir ki, ölkənin Uttar Pradeş əyalətində 60  fanat hindli tərəfindən linç edilən 52 yaşlı Məhəmməd Əxlaqın 22 yaşlı oğlunun da ağır yaralandığı bildirilir.   Hindlilər yaşlı müsəlmanı və oğlunu kərpic və ağacla döyüb öldürüblər.  Poils elan edib ki, bu hadisə ilə bağlı 8 nəfəri həbs edib. 
Qeyd edək ki, Hindistanın 1.1 əhalisi var ki, onların 180 milyon nəfəri müsəlmanlardır.  Hİndistan İndoneziya və Pakistandan sonra müsəlmanların sayına görə 3-cü yerdə qərar tapır. 
Baxmayaraq ki, Hindistanda müsəlmanların sayı çoxdur, lakin bu ölkədə müsəlmanlar dini azlıq kimi tanınırlar. Hindistan müsəlmanları ölkə əhalisinin 13 faizini təşkil edir. Uzun müddətdir ki, müsəlmanlara qarşı Hİndistanda ayrı seçkilik edilir və bu müsəlmanların etirazına səbəb olub.  Müsəlmanlar təhsil, iş və digər sahələrdə ayrıseçkiliklə üzləşirlər və müsəlmanların təhsil və işləməsi üçün problemlər yaradılır.  /
 

Google+ WhatsApp ok.ru