Nəsrullah: Hizbullah var-gücü ilə Fələstin xalqı və müqavimətin yanında dayanıb

Livan Hizbullahının baş katibi əl-Əqsa məscidinə təcavüzləri genişləndirmək üçün sionist rejimin məkrli planlarından sonra fələstinli gənclərlə sionist hərbçilər arasında sərt və qanlı qarşıdurmaları haqq və batil savaşı adlandırıb.
 
Maide.az-ın verdiyi məlumata görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayının ilk gecəsində etdiyi çıxışında Livan Hizbullahının sionist düşmənlə qarşılaşmada Fələstin xalqı və müqavimətini tam dəstəklədiyini qeyd edib ki, Hizbullah var-gücü ilə Fələstinin fədakar və müqavimətli xalqının yanında dayanıb və intifazə və onun hüququnu müdafiə edir. 
 
"Fələstin xalqı əliboş ən güclü ordulardan birinin qarşısında dayanıb", - deyən Livan Hizbullahının baş katibinin sözlərinə görə, Hizbullah sionist düşmənlə qarşılaşmada Fələstin xalqının bütün müqavimət metodlarını dəstəkləyir. 
 
Seyid Həsən Nəsrullah qeyd edib ki, müqavimət və intifazə Fələstin xalqının qarşısında duran yeganə seçimdir: "Reallıqlar və həqiqətlər Fələstin xalqına qan, şəhid verməklə öz tələblərini gerçəkləşdirmək seçimini qəbul etdirib." 
 
Livan Hizbullahının baş katibi sözlərinin davamında dəhşətli Mina faciəsinə toxunub və bildirib: "Zəvvarları bu faciədə həlak olan, yaralanan və itkin düşən ölkələrin ən sadə hüququ bu faciə barəsində xüsusi araşdırmalarda iştirak etməkdir. Bir çox islam ölkəsi Mina faciəsi qarşısında susmasından təəssüflənirik. Ali Lider Ayətullahülüzma Xamenei hamını bu dəhşətli faciə barəsində ayıltdı, sayıq etdi və bu barədə araşdırmanın aparılmasını istədi. Səudiyyəlilər Mina faciəsi barəsində araşdırmanın aparılmasını istəyən hər bir şəxsə söz müharibəsinə başlayıblar. Dəhşətli Mina faciəsi Səudiyyəli başçıların islam müqəddəslərinə etinasız olduğunu göstərir."

Google+ WhatsApp ok.ru