Nəcəf Beynəlxalq Aeroportuna rekord sayda zəvvar təyyarəsi enib- FOTO - VİDEO

 2015-ci il dekabr ayının 2-də dünya müsəlmanları Ərbəin mərasimlərini qeyd edəcək. Bu münasibətlə dünyanın hər yerindən yüzminlərlə zəvvar Kərbəlaya axın edir. Dünyanın dörd tərəfindən müqəddəs Nəcəfə təyyarə ilə gələrək buradan İmam Hüseynin (ə) ziyarətinə yollanan zəvvarlar öz ölkələrindən təyyarə ilə gəlməkdə davam edir. 
 
Maide.az xəbər verir ki, ötən gün Nəcəf Beynəlxalq Aeroportu bir ilkə imza ataraq tarixi rekordunu təzələyib. Belə ki, ilk dəfə olaraq Nəcəf aeroportu sutka ərzində 128 təyyarə qəbul edib. Məsələ ilə bağlı İraq Daxili İşlər Nazirliyi açıqlama yayıb. Açıqlamada sözü gedən rəqəm açıqlanaraq bildirilir ki, gələn zəvvarların ən tez bir zamanda tam rahatlıqla hava limanını tərk etməsi məsullar tərəfindən təmin edilsin. Nazir Məhəmməd Qabban tərəfindən yayılan açıqlamada zəvvarlara ən yüksək səviyyədə xidmət göstərilməsi tövsiyə edilir. Həmçinin qarşıdakı günlərdə təyyarə eniş sayının daha da arta biləcəyinə dair xəbərdarlıq edilir.      
 
Rəsmi açıqlamada deyilir ki, bu il Ərbəində iştirak etmək üçün təkcə İraqdan 2 milyondan artıq zəvvarın Nəcəf aeroportuna gəlişi gözlənilir. İran istisna olmaqla, digər xarici ölkələrdən də daha 3 milyon zəvvarın gələcəyi bildirilir. Bu səbəbdən Nəcəf Beynəlxalq Aeroportu müqəddəs şəhərə gələcək təyyarə reyslərinin sutka ərzində bir neçə dəfə artırıldığını açıqlayıb. Bu barədə Nəcəf Beynəlxalq Aeroportunun rəisi Şammari bildirib.
 
Xatırladaq ki, bu il təkcə İrandan Ərbəin ziyarətinə 2 milyondan artıq zəvvarın iştirakı gözlənilir. Azərbaycandan da xeyli sayda zəvvar artıq bu müqəddəs səfərə yollanıb. Ümumilikdə builki Ərbəin Günündə müqəddəs Kərbəla mərasimlərində 10 milyona yaxın zəvvarın iştirak etməsi gözlənilir. /
 
 
 

Google+ WhatsApp ok.ru