Nəsrullah: Kuntarın şəhadətinə görə İsrail rejiminə cavab vermək Hizbullahın haqqıdır

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah sionist İsrail rejimini şəhid Samir Kuntarı terror etdiyini bildirib və əlavə edib ki, İsrailin bu hərəkətinə cavab vermək  məsləhət bilidyi hər zaman və məkanda Hizbullahın haqqıdır. 
Maide.az xəbər verir ki, ötən axşam Samir Kuntarın şəhid olması münasibəti ilə Əl-Minar televiziyasında çıxış edən H.Nəsrullah bildirib ki, şəhid Kuntarın evinə edilən hücum böyük bir hərbi hücumdur. “Onun yaşadığı evə dəqiq və hesablanmış raket zərbələri endirilib. Bu hücum zamanı şəhid Kuntar və Suriyalı komandirlər və dinc sakinlər şəhid olub”. 
 H.Nəsrullah ABŞ-ın Hizbullaha qarşı tətbiq etidiyi yeni sanksiyalara da toxunub və bildirib ki, bu sanksiyalardan məqsəd bizi daha da çətin iqtisadi mühasirədə saxlamaqdır. “ABŞ və İsrail bizə terrorçu ittihamını sırıya bilməyi bacarmadı, ona görə də Hizbullaha qarşı siyasi məqsədlərlə yeni yalan ittihamlar irəli sürməyə başladılar.”
H.Nəsrullah hizbullahın ticari fəaliyyətləri ilə bağlı yayılan məlumatları təkzib edib. “Hizbullahın dünya banklarında hansısa pul vəsaiti və malı yoxdur. Buna baxmaayraq Livanın Mərkəzi bankı və digər banklarına təzyiq göstərirlər ki, bizə qarşı  sanksiyalar tətbiq etsinlər”. 
Livan Hizbullahının baş katibi H.Nəsrullah həmçinin çıxışında Nigeriyada Əhli –Beyt (ə) aşiqlərinə qarşı baş verən qətliama da toxunub və bildirib ki, biz Nigeriyada şiələrin qətliamını pisləyirik. “Beynəlxalq təşkilatların bu cinayətin qarşısında susqunluğunu pisləyirik. Nigeriyanın dini, siyasi rəhbərlərindən bu cinayəti törədənlərin cəzalandırılmasını və Şeyx İbrahim Zəkzakinin azadlığa buraxılmasını istəyirik” /
 

Google+ WhatsApp ok.ru