Nəsrullah: Əgər İraq xalqının mübarizəsi olmasaydı indi İŞİD bütün ərəb hakimlərinin sarayında oturmuşdu

İŞİD bütün İraq xalqına həm sünni və həmdə şiəyə hücum etdi, əhli-sünnənin başına gətirdiyi zülmlər  şiələrin başına gətirdiyi zülmlərdən daha qorxulu idi. Bunu  Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah  deyib.
 
Maide.az xəbər verir ki,  bu gün şəhid  Əli Fəyyazın şəhadətinin ildönümü münasibəti ilə çıxış edən H.Nəsrullah bildirib ki, şəhid Əli Fəayyaz müqavimətə inanan livan gəncləri üçün nümunə idi və torpaqlarımızın azadlığı üçün bizim yolumuz müqavimət yolu olub və olacaq.
 
Nəsrullah şəhid Fəyyazın Bosniya müsəlman gənclərinə təcavüzkar Serbiya qüvvələri ilə mübarizədə təlimlər keçdiyini bildirib və deyib ki, biz Bosniya müharibəsində  humanitar yardımlar məqsədi ilə iştirak etdik, şəhid Fəyyaz və dostları öz ailələrini Livanda buraxdı və Bosniyaya getdilər ki, o ölkədə olan sünnilərin  namusunu, malını və canını qorusunlar.
 
 “İŞİD bütün İraq xalqına həm sünni və həmdə şiəyə hücum etdi ,  əhli-sünnənin başına gətirdiyi zülmlər  şiələrin başına gətirdiyi zülmlərdən daha qorxulu idi. İraqdakı qardaşlarımız bizdən istədilər ki, İŞİD-lə mübarizə üçün və terrorizmlə mübarizə aparan mücahidlərə təlimlər keçmək məqsədi ilə ekspertlər göndərək.  İraqda bütün dünya ölkələri tərəfindən terror təşkilatı kimi tanınan İŞİD-lə mübarizə apardıq. İraq torpağında və İraq hökumətinin komandanlığı altında vuruşduq. Səudiyyə Ərəbistan bir neçə ərəb ölkəsinə müdaxilə edib , bizim işimiz isə müdaxilə deyil.  Ərəbin cəsarəti onda olardı ki, bütün ərəblər  İraqlıları müdafiə etəmək üçün bu ölkəyə gedərdi, yoxsa İraqı müdafiə edənləri  terrorist adlandırmazdılar.   Əgər İraq xalq könüllülərinin mübarizəsi olmasaydı indi İŞİD  bütün ərəb hakimlərinin sarayında oturmuşdu.”
 
Seyyid Həsən Nəsrullah əlavə edib ki,  kimsə bizə demədi ki, Suriyaya gedək, bu qərar bizim inancımız və bilimiyiz əsasında alındı. Bizim gənclərimiz öz dini borcları və İslami dəyərləri qorumaq məsuliyyətinə görə  bu işi görürlər.   “Səudiyyə Ərəbistan Suriyada məğlub olduğu və ABŞ ilə  NATO-nun müdaxiləsindən  naümid olduğu üçün  bizə qəzəblənib.  Ərəbistan Yəməndə məğlub olub və olacaq. Ərəbistan Yəmənin  müqavimətli xalqı qarşısında qələbə çala bilməyəcək.  Səudiyyəlilər  Bəhreyndə xalq intifadasına son qoya bilməyəcək və məğlub olacaq. Əgər Ərəbistanın apardığı müharibələrin məğlub edilməsi məsuliyyəti bizim üzərimizdədirsə, buna biz həm dünyada və həmdə axirətdə fəxr edirik”./ 
 

Google+ WhatsApp ok.ru