Nəsrullah: Gələcək müharibə İsrail rejimi üçün baha başa gələcək

Livan Hizbullahının baş katibi Seyyid Həsən Nəsrullah deyib ki, sionist rejimin Livana qarşı hər hansı gələcək müharibəsi bir avantüradır və sionist tərəf üçün baha başa gələcək.
 
Maide.az xəbər verir ki,Əl-Məyadin-in məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah region hadisələrini, xüsusən sionist rejimin Livana qarşı hədələrinə toxunaraq bildirib ki, İsrail rejimi Amerikanın razılığını almadan heç bir müharibəyə girməyəcək, amma axmaqlıq edər və odla oynayarsa,  əvəzini ağır ödəyəcək.
 
Nəsrullah deyib ki, Müqavimət qüvvələri davamlı şəkildə öz bacarıqlarını artırırlar və bu,  özləri və öz ölkələrini müdafiəsi üçün onların hüququdır.
 
Livan Hizbullahının baş katibi əlavə edib ki, Sionistlər gecə-gündüz Livanın hava, dəniz və quru məkanlarını pozurlar və bu kimi hərəkətlər o deməkdir ki, İsrail rejimi özünü gələcəkdə Livana təcavüz etməyə hazırlayır.   "İsrail rejiminin Livana təcavüz edəcəyi halda, işğal olunmuş Fələstindəki hər bir nöqtəni, xüsusən bu rejimin nüvə təsisatlarını hədəfə almağa haqqımız var."
 
Seyid Həsən Nəsrullah həmçinin sionist rejimin Livanın rabitə sistemindən casusluğunun yeni dövrünün ifşa olunmasına toxunaraq, vurğulayıb ki, sionist rejimin Livanın rabitə və internet şəbəkələrinə nüfuz etməsi olduqca təhlükəlidir.
 
O əlavə edib ki,  Hizbullah  Suriya, Rusiya və İranla yanaşı Suriyada bir mövqedə durur. "Rusiyanın Suriyaya daxil olmaq qərarı qəfil bir məsələ deyildi, əksinə bir neçə ay ərzində ən yüksək səviyyələrdə iranlılar, ruslar və suriyalılar arasında araşdırıldı və bizim bu məsələdən xəbərimiz var idi."
 
Seyid Həsən Nəsrullah deyib ki, biz son aylarda Suriyada təkfirçilərə qarşı geniş qələbə və nailiyyətlər əldə etmişik və bu məsələ terror qruplarının Ərəbistan kimi himayədarlarının qəzəbinə səbəb olub."Fars Körfəzi Əməkdaşlıq Şurasının Hizbullahı terrorçu elan etmək üzrə qərarı Səudiyyənin qərarıdır və bu şuraya üzv digər ölkələr həmin qərarla müxalifdirlər."
 
O, deyib ki, əslində bizi terrorçu adlandıran Ərəbistan xalqı deyil, Ali-Səud rejimidir. "Ali-Səud rejiminin müqavimətə qarşı düşmənçiliyi bu rejimin regiondakı, konkret olaraq, Livandakı siyasətləri ilə bağlıdır, zira səudiyyəlilər Livanda müqaviməti aradan götürmək istəyirlər. Bununla belə, Hizbullah hələ də ərəb və islami ölkələrdə böyük hörmətə malikdir."
 
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Suriya hadisələri barədə də deyib: Xaricilər siyasi həll yolu barədə özlərinin nəzərdə tutduqları həll yolunu Suriya xalqına qəbul etdirməməli və onlar suriyalıların bu sahədə qərar çıxarmalarına icazə verməlidirlər.
 
O deyib ki, Ali-Səud rejimi İrana qarşı bütün fitnəkarlıqlara əl atıb. Nüvə razılaşmasını da pozmağa çalışdılar, bacarmadılar. "Hizbullah Bəhreyndə kimisə silahlandırmır, bu yalandır. Əgər bu işi görsəydik vəziyyət fərqli olardı. Biz məntəqədə hamını müzakirəyə, siyasi anlaşmaya çağırmışıq. Heç vaxt müharibə istəməmişik. Müqavimət hədəfə alınanda Suriyaya getməyə məcbur olduq. İran Ərəbistanla müzakirə aparmaq istəsə də, onlar danışıqlardan qaçır. Ərəbistan bu gün cahiliyyət dövründə atılmayan addımları atır."/
 

Google+ WhatsApp ok.ru