Nəsrullah sionist rejimə xəbərdarlıq etdi

Livan Hizbullahının baş katibi müqavimət döyüşçülərinin terror edilməsi barədə sionist rejimə xəbərdarlıq edib.
 
Maide.Az bildirir ki, Livanın əl-Məyadin telekanalının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah cümə günü Hizbullah komandirlərindən Mustafa Bədrəddinin şəhid olmasının 7 günündə İsrail rejimi və müqavimət düşmənlərinə xəbərdarlıq edib: Əgər müqavimət mücahidlərinin terror və şəhid edilməsində müdaxilələri olarsa, müqavimətin birbaşa və qətiyyətli cavabı olacaq.
Beyrutun Cənubi Zahiyə məntəqəsində Seyyidüş-Şühəda kompleksində video-konfrans vasitəsilə çıxış edən Livan Hizbullahının baş katibi deyib ki, bəzi muzdlu ərəb hakimləri ötən bir həftədə israillilərdən çox Livan müqavimətinə hücum ediblər.
 
Seyid Həsən Nəsrullah həmçinin əlavə edib ki, Livan Hizbullahı araşdırma apardı və sionist rejimin Şəhid Bədrəddinin terror edilməsində əlinin olmasına dair heç bir nişanə yoxdur. Hərçənd Livan Müqaviməti İsrailə bəraət qazandırmır." Əldə olunan məlumatlara əsasən, Suriyada silahlı terror qruplaşmaları Mustafa Bədrəddinin şəhid etmişlər. Sionist rejim etiraf edib ki, Seyid Mustafanın şəhid edilməsində rolu olmayıb. Lakin ABŞ və İsrailə xidmət edən bəzi ərəblər israillilərin özlərindən önə keçiblər və israilliləşiblər."
 
Seyid Həsən Nəsrullah xatırladıb ki, Şəhid Bədrəddin düşmənlərlə və təkfirçi terrorçularla döyüş meydanlarında, Suriya ordusu və müqavimətinin uğurları, Suriyanın çöküşünün qarşısının alınmasında böyük, əsaslı rola malik  olub.
 
"Hizbullahın Suriyaya daxil olmağa qərar verdiyi zaman, Seyid Mustafa Hizbullahın hərbi və təhlükəsizlik bölmələrinin komandanlığını üzərinə götürdü" deyən Seyid Həsən Nəsrullahın sözlərinə görə, Seyid Mustafanın səyləri sayəsində fəxrli müqavimət Suriya ordusu və xalq qüvvələri və bütün müttəfiqlərinin kənarında şəhidlərin qanı bahasına böyük uğurlar əldə etdilər və Suriyanın çöküşünə mane oldular.
Livan Hizbulahının hərbi qolunun komandiri Seyid Mustafa Bədrəddin ötən həftə Suriya paytaxtı Dəməşqin hava limanı yaxınlığında qaldığı məkana təkfirçi qruplaşmaların ağır artilleriya hücumu nəticəsində şəhid olub.
 
Nəsrullah Ərəbistanın regionda, xüsusilə də Suriyada müdaxilə xarakterli siyasətlərini pisləyərək deyib: Bu ölkə Suriyada siyasi dəyişiklik prosesindən danışdığı bir halda, özü heç bir hökumət standartlarına riayət etmir və onun vətəndaşları ümumiyyətlə istənilən seçimə yaddırlar.
 
H.Nəsrullah bildirirb ki, Livan hökumətinin bəzi rəsmiləri terror qruplaşmalarından da pisdirlər. Çünki Şəhid Bədrəddini elə bir halda pislədilər ki, ona qarşı heç bir qətnamə yox idi.
Seyid Həsən Nəsrullah Livan Hizbullahına qarşı beynəlxalq məhkəmədə işin olmadığını bildirərək əlavə edib: Hizbullah müqavimət qüvvəsidir, şəxsə bağlı deyil və keyfiyyət və kəmiyyət baxımından dəyişikliklər etməkdədir. (sehertv)
 

Google+ WhatsApp ok.ru