Nə üçün Qoz yeməliyik ?

Nə üçün Qoz yeməliyik ?

Qozun bir çox faydaları vardır. 
 
- Zehni qüvvətləndirir, qavramanı artırır.
 
- Omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. 
 
-  Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir. 
 
- Xolestrolu aşağı salma qabiliyyətinə malikdir.
 
-Döş xərçəngi başda olmaqla bir çox xərçəng növünə tutulma riskini azaldır. 
 
- Öd daşının meydana gəlməsinin qarşısını alır.
 
-  Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir. 
 
- Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. 
 
- Orqanizmi manqan və mislə təmin edir. 
 
- Qoz yodla zəngindir və zob xəstəliyinə kömək edən çərəzlərdəndir. 
 
Hər səhər 3-4 ədəd qoz yemək çox gözəl təsir edir və faydalıdır. Gün ərzində isə qozu 30-50 qramdan artıq yeməməliyik. Qozu çox yediyimiz zaman orqanizm ehtiyacı olan qədərini özündə saxlayır, artıq yediyimiz hissəsini isə yağa çevirir və çəkinin artmasına səbəb olur. Bu da orqanizm üçün zərərlidir. 
 

Google+ WhatsApp ok.ru