''Nə bazarlıq, sən soruş gör səhərdən çörək yemişəm?''

''Nə bazarlıq, sən soruş gör səhərdən çörək yemişəm?''

Bir tərəfdə çal-çağır, digər tərəfdə qurulan ticarət köşkləri, təkəm-tükəm gözə dəyən turistlər... "Bakı Ticarət Festivalı"ndayıq. 10 apreldən başlayan festival bir ay davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan festivala 110-a yaxın mağaza qoşulub. Nazirlik bildirir ki, ilk dəfə keçirilən "Bakı Ticarət Festivalı" insanların alış-verişi üçün yeni imkanlar yaradır. Festival zamanı vətəndaşlar 50-yə yaxın mehmanxana və restoranın xidmətindən istifadə edə biləcəklər. 100 manatdan çox pul xərcləyən həm xarici vətəndaşlar, həm də yerli sakinlər “Tax free” sistemindən istifadə edərək Əlavə Dəyər Vergisini geri alacaqlar.
 
İqtisadçı Natiq Cəfərli deyir ki, Mədəniyyət və Turizm Nazirliyi “Tax free"-nin nə olduğunu bilmir. O açıqlayır ki, "tax free" əcnəbi vətəndaşlara ona görə tədbiq edilir ki, onlar mal aldığı ölkənin vətəndaşı deyillər, dolayısı ilə ödədikləri vergi onlara xidmət üçün istifadə edilmir. "Buna görə də “Tax free" anlayışı icad olundu ki, əcnəbilərə vergi geri qaytarılsın. Nazirlik isə deyir ki, bu xidmətdən ölkə vətəndaşları da istifadə edəcək. "Tax free"-nin nə olduğunu belə bilmirlər, amma tədbir keçirirlər".
 
Festivalda iştirak edənlərin içərisində alış-veriş edənlər də var, pulsuzluqdan yanından düz keçib gedənlər də...
 

Google+ WhatsApp ok.ru