Nəcəf dini-elmiyyə hövzəsi Ayətullah İsa Qasimlə bağlı bəyanat verib

Nəcəf dini-elmiyyə hövzəsi Ayətullah İsa Qasimlə bağlı bəyanat verib

Nəcəf dini-elmiyyə hövzəsi Bəhreyn hakimiyyətinin böyük alimi Ayətullah İsa Qasimə, onun ailəsi və tərəfdarlarına etdiyi təcavüzü kəskin pisləyib.
 
Nəcəf dini-elmiyyə hövzəsi Ayətullah İsa Qasimlə bağlı bəyanat verib və Bəhreynin müctəhidinə qarşı bu təcavüz kəskin pislənilib.
 
Bu bəyanatda Bəhreyn hökumətinin Ayətullah İsa Qasimə qarşı qəfil hərəkətə keçmənin ABŞ prezidenti Donald Trampın bölgəyə səfərindən sonra baş tutduğu vurğulanıb.
 
Ötən gün Nəcəf-Əşrəf şəhərində xüsusilə də Nəcəf elmiyyə hövzəsində, bu gün isə Bağdadda Bəhreyn səfirliyinin qarşısında bu rejimin addımlarına qarşı aksiyalar keçirilib.
 
Xatırladaq ki Bəhreyn rejimin qüvvələri isrən əd-Dərraza basqın edib. Basqın nəticəsində Ayətullah İsa Qasimin evi mühasirəyə alınıb. Mənzildə olan 54 nəfər, ümumilikdə isə 286 nəfər həbs edilib. Mənzilin hələ də mühasirədə qalmasına görə Ayətullah İsa Qasimin son durumu naməlum olaraq qalır. (islaminsesi) /

Google+ WhatsApp ok.ru