Nəcəfdə şiə alimlər Bəhreyn rejim konsulluğu qarşısında aksiya keçirib

Nəcəfdə şiə alimlər Bəhreyn rejim konsulluğu qarşısında aksiya keçirib

İraqda onlarla alim Ali-Xəlifə rejiminin Bəhreyn şiələrinin lideri Şeyx İsa Qasimin evinə hücumu, etirazçı gənclərə qarşı zorakılıq və son bir neçə gündə şiələrə qarşı baş verən repressiyalara etiraz əlaməti olaraq Bəhreynin Nəcəfdəki konsulluğu qarşısında etiraz aksiyası keçirib.

Maide.Az xəbər verir ki, alimlər Bəhreyn şiələrinə qarşı təzyiq və repressiyaları dayandırmağı tələb edib.

Qeyd edək ki, cari ayın 23-də Bəhreyn rejimi qüvvələrinin əd-Dərrazda Ayətullah İsa Qasimin mənzilinə və tərəfdar aksiyaçılara basqın etməsindən sonra alimin taleyi naməlum olaraq qalır.
 
Ölkənin əksər rayon və qəsəbələri son günlər kütləvi etiraz aksiyalarının və polislə qarşıdurmaların şahididir.
 
Nuveydat, əl-Musəlla, Kərazkan, əd-Diyə, Əbu-Səybə, əl-Mərix kimi rayon və qəsəbələr daha aktiv etiraz aksiyalarının şahidi olub.
 
Xatırladaq ki, cari həftənin ikinci günü həyata keçirilən basqından sonra 280 nəfər tutulub, 200-dən çox insan yaralanıb. Ayətullah İsa Qasim də daxil olmaqla alimin mənzilində olan 50 nəfərdən hələ də xəbər yoxdur.
 
Bundan əlavə əhali, basqın zamanı şəhid olmuş 6 etirazçının cənazələrini hələ də ala bilməyib. /

Google+ WhatsApp ok.ru