`Nəqliyyat qoçuları` yenə iş başında - VİDEO

`Nəqliyyat qoçuları` yenə iş başında - VİDEO

DANX əməkdaşları sürücüləri qanunsuz olaraq saxlayır və pul tələb edir

Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır.
 
Görüntülər Xaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb. İnteraz tv-nin əməkdaşları çəkilişə gedərkən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 3 nəfər işçisinin sürücüyə fiziki təzyiq göstərməsinin şahidi olub və hadisəni lentə alıb. Daha sonra əməkdaşlar nəqliyyat işçilərinə yaxınlaşaraq sürücünü əzişdirmələrinin səbəbini öyrənmək istəsələr də xidmət işçiləri sürücünün sənədlərini müsadirə etməklə yananşı, qəza şəraiti yaradaraq ərazidən uzaqlaşıblar.
 
Yerli sürücülər isə deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları onları qanunsuz olaraq saxlayır və pul tələb edir. Sürücü razılaşmadıqda isə sənədləri alınaraq xidmət əməkdaşları tərəfindən müsadirə edilir.
 
Sürücülərin sözlərinə görə, Nəqliyyat Xidməti əməkdaşlarının hərəkətinə etiraz etdikdə ağır təhqirlərə və fiziki təzyiqə məruz qalır. /

Google+ WhatsApp ok.ru