Nəcəfdə Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək

Nəcəfdə Ərbəin zəvvarları bu məkanlarda istirahət edə biləcək

Ötən gün Nəcəf şəhərində  İmam Əlinin (ə) hərəminin  və Nəcəf əyalətinin məsul şəxslərinin iştirakı ilə  Ərbəin zəvvarlarını qarşılamaq məqsədilə hazırlıq işlərinə dair iclas keçirilib. 
 
Maide.Az xəbər verir ki,  iclasda Ərbəin zəvvarlarının  Nəcəf əyalətində qarşılanması və yerləşdirilməsi ilə bağlı 6 yerin ayrılmasına qərar verilib. 
 
Ərbəin ziyarətinə gedən zəvvarlara  İmam Əlinin (ə) hərəminin mərkəzi qonaq evində,  hərəmin Həzrət Zəhra (s) adına eyvanında, Əl-Hövli yolunda zəvvarların qonaq evində,   Nəcəf – Kərbəla yolunda  96-cı sütunun yaxınlığında yerləşən “Ya Hüseyn” qonaq evi, və İmam Əlinin (ə) hərəminin avtomobil dayanacağının yaxınlığında  Mərkəzi Aşpazxanada  hazırlanacaq yerlər xidmət göstəriləcək. 
 
Zəvvar üçün  adı çəkilən yerlərdə həm yemək və həmdə istirahət üçün şərait yaradılacaq. 
 

Google+ WhatsApp ok.ru