Nəsrullah: Bölgədə böyük müharibə baş verərsə...

Nəsrullah: Bölgədə böyük müharibə baş verərsə...

-- Müqavimət çalışır...

Hizbullah təşkilatının lideri Seyid Həsən Nasrallah İranda baş verən etirazlara münasibət bildirib. 
 
Maide.Az “haber7”-ə istinadən xəbər verir ki, Hizbullah lideri "Əl-Məyadin" telekanalına müsahibəsində deyib ki, ölkədəki böhran siyasi deyil, iqtisadi səbəblərdən qaynaqlanıb.
 
"İrandakı etirazlar siyasi deyil, iqtisadi səbəblərdən qaynaqlanır. Hadisələr bir neçə bankın iflasını açıqlaması ilə başlayıb. Bəzi siyasi qruplar isə nümayişlərdən istifadə edərək hadisəyə siyasi qiymət verib. İranda baş verənlər tam daxili bir məsələdir. Ölkədə işsizlik və iqtisadi çətinliklər var. Xalq küçəyə iqtisadi çətinliklərlə bağlı etirazlara çıxdı. Elə buna görə də dövlət etirazçılara anlayış və diqqətlə davrandı. Və xalqa onsuz da anladılır ki, bu gün Yaxın Şərqə müdaxilə etçəsək, sabah ölkəmizdə savaşmalı olacağıq. Amma etirazçıların arasına aksiyaların yömümü dəyişmək istəyənlər sızdılar",-deyə Seyid Həsən Nəsrullah əlavə edib. 
 
ABŞ-ın Qüds qərarına toxunan H.Nəsrullah  bidlirib ki,  ABŞ  prezidenti Donald Trampın Qüds  açıqlaması  İsrailin sonun çatması anlamınadır. "Bu qərar İsrailin sona çatması anlamına gəlir. Bu qərarla uzlaşma prosesi də başa çatıb. Fikrimcə, ən yaxşı həll nailiyyət və uğurlar gətirən müqavimətə müraciət etməkdir. Tramp regionu yeni bir xaosa aparır. Fələstin xalqı buna heç vaxt təslim olmaz."
 
H.Nəsrullah deyib ki,  müqavimət çalışır. “Ehtimal olunan müharibədə zəfər qazana  biləcək hər cür  silahı əldə etmək üçün gecə-gündüz çalışır.  Bölgədə böyük müharibə baş verərsə masada hər cür imkan olacaq.  Müqavimət  İran, Fələstin, Suriya və Livandır. Yəməndə müqavimətə qoşulmağa hazırdır”. 
 
H.Nəsrullah detalları açıqlamadan Hizbullah və bəzi Avropa ölkələrinin təhlükəsizlik xidmətlərinin əməkdaşlığı olduğunu bildirib. 
 
H.Nəsrullah Hizbullahın Suriyada qalıb-qalmayacağı ilə bağlı bidlirib ki, Suriyaya müəyyən bir məqsəd üçün girmişik.  “Məqsədə çatdığımızda  oradakı hüzurumuzda başa çatacaq.  Ölkədən çıxış qərarımız Suriya hökumətinə bağlıdır.   
 

Google+ WhatsApp ok.ru