Nəqliyyatda gediş haqqı qaydası dəyişdirilir? - YENİLƏNİB

Nəqliyyatda gediş haqqı qaydası dəyişdirilir? - YENİLƏNİB

-- Mais Ağayev: `Belə bir məsələ gündəmdə deyil`

(ilk xəbər bu gün səhər saat 11:17-də baş verib) 
 
Mətbuatda bir neçə ay sonra ictimai nəqliyyatda təmassız gediş haqqı ödənilməsi mümkün olacağına dair xəbərlər yayılıb.
 
Maide.Az xəbər verir ki, Sputnik Azərbaycan məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.
 
Bakının ictimai nəqliyyatında yeni hoqqa çıxarıblar
 
Qurum təmsilçisi bildirib ki, bu məlumat həqiqəti əks etdirmir: "Yalan məlumatdır. Belə bir məsələ gündəmdə deyil. Və bu xəbərin heç bir əsası yoxdur".
 
Qeyd edək ki, hazırda nağdsız ödəniş Bakı Metropolitenində və "Baku Bus" nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nəqliyyat kartları ("Bakı Kart") vasitəsi ilə həyata keçirilir. Kartların alınması və yüklənməsi "BakiKart" və "MilliÖN" terminallarında mövcuddur, kartın dəyəri iki manat təşkil edir.
 
Əlavə olaraq, az istifadə olunan, 0,2 AZN dəyərində olan və dörd səfərə qədər yüklənə bilən "Bakı Kart" ictimai nəqliyyatdan nadir hallarda istifadə edən qonaqlara və sakinlərinə verilir. Bir səfərin qiyməti 0,2 AZN təşkil edir.
 
***
 
Yazda Bakının ictimai nəqliyyat istifadəçilərinə yeni təmassız ödəniş üsulu təklif ediləcək.
 
Maide.Az bildirir ki, bu barədə Trend ölkənin maliyyə bazarından olan mənbəyə istinadən informasiya yayıb.
 
Məlumata görə, söhbət həmçinin hazırda avtobuslarda və metropolitendə quraşdırılmış kart oxucularının interfeysini dəstəkləyəcək yeni kartlardan gedir.
 
Kartın balansını elektron hesablardan, həmçinin ödəniş terminallarından istifadə etməklə artırmaq mümkün olacaq (MilliÖN, eManat, ExpressPay və EasyPay).
 
Qeyd edək ki, hazırda Bakı Metropolitenində və "Bakı Bus" nəqliyyat şirkətinin avtobuslarında istifadə olunan nağdsız ödənişlər nəqliyyat kartları vasitəsi ilə həyata keçirilir.
 

Google+ WhatsApp ok.ru