Nəsrullah ABŞ, Fransa və Britaniyanın Suriyaya hücumuna maraqlı münasibət bildirib

Nəsrullah ABŞ, Fransa və Britaniyanın Suriyaya hücumuna maraqlı münasibət bildirib

-- Siz raketləri havaya atmısınız

“Siz raketləri havaya atmısınız. Suriyanın havadan müdafiə qüvvələri yaxşı iş gördülər. Bu təcavüz vəziyyətin İsrailin xeyrinə və bəzi region dövlətlərinin xeyrinə dəyişməsinə gətirib çıxarmadı və əksinə qruplaşmaların ümidsizliyənə səbəb oldu.”
 
Maide/Az "İslaminSesi"-ə istinadla xəbər verir ki, bunu Hizbullah lideri Həsən Nəsrullah deyib.
 
Livanın qərbində Məşqərə qəsəbəsində çıxışı zamanı Həsən Nəsrullah bildirib ki, 3 Qərb dövlətinin təcavüzü bihudə və faydasız idi.
 
“Təcavüzün  məqsədlərindən birinin qruplaşmaların ruh yüksəkliyinin qaldırmaq olduğunu vurğulayan Hizbullah lideri bildirib ki  "bu, onların ümidsizliyi ilə nəticələndi. Körfəzdəki ərəb ölkələri bu təcavüzə görə çoxlu maddi dəstək veriblər. Amma istənilən nəticəni ala bilmədilər.”
 
Həsən Nəsrullah Suriya Ordusunun irəlilədiyi hər bir zamanda belə kimyəvi hücum səhnəciklərinin təkrarlanacağını da istisna etməyib.
 
Həsən Nəsrullah təcavüzün məhdud həddə olmasını da müqavimət xəttinin gücü ilə əlaqələndirib.
 

Google+ WhatsApp ok.ru