Nəsrullah: `ABŞ-ın bölgədə sünni-şiə müharibəsi törətmək planları məğlubiyyətə uğradı`

Nəsrullah: `ABŞ-ın bölgədə sünni-şiə müharibəsi törətmək planları məğlubiyyətə uğradı`

Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Livan və bölgədəki vəziyyətlə bağlı açıqlamalar verib. 

Maide.Az "eastnews.org"a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah bildirib ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı rejimlərinin bölgədəki planları məğlubiyyətə uğrayıb.

"33 günlük müharibədəki məğlubiyyətdən sonra Suriyada da ağır məğlubiyyətə uğradılar. İndi təxribatı İranın daxilinə çəkərək xalqı etirazlara səsləyirlər", - deyə müqavimət lideri bildirib.   

Seyid Həsən Nəsrullah qeyd edib ki, ABŞ və İsrailin məqsədi şiəliyin kökünü kəsməkdir. "Onların bölgədə sünni-şiə müharibəsi törətmək cəhdləri də uğursuz oldu. 2003-cü ildə İraqda hər gün partlayışlar törədilirdi. Bunlar siyasi planlar deyildi, bir nəslin kökünü kəsmək istəyirdilər.

Onların bu planların Allahın lütfü, zamanın sahibinin inayəti və rəhbərin agahlığı ilə məğlubiyyətə uğradı", - deyə 'Hizbullah" lideri diqqətə çatdırıb.  

Google+ WhatsApp ok.ru